"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniçin "Barselona"ya transferi rəsmiləşmək üzrədi.
Fanat.Az xəbər verir ki, Pyaniç sabah "Barselona" üçün tibbi müayinədən keçəcək. Bu barədə jurnalistlər - Canluka Di Martsio və Nikolo Skira məlumat yayıblar.
Katalon klubu 30 yaşlı futbolçuya görə 60 milyon avro ödəyəcək. Bonuslar da nəzərdə tutulub. "Barsa"nın yarımmüdafiəçisi Artur isə 70+5 milyon avro qarşılığında "Yuve"yə transfer olacaq. Braziliyalı oyunçunun da sabah tibbi yoxlanışdan keçəcəyi gözlənilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol