"Goal" nəşri "Qızıl top" mükafatına namizədlərin yenilənmiş siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovskinin mövqeyi dəyişməyib. Polşalı futbolçu liderliyini davam etdirir. "Yuventus"un forvardı Kriştianu Ronaldu ikinci, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne isə üçüncüdü.
"Barselona"nın futbolçusu Lionel Messi "ilk üçlük"dən kənar qalıb. Argentinalı ulduz sıralamada dördüncüdü.
"Goal"un versiyasına görə, "Qızıl top"a namizəd futbolçuların reytinqi:
1 (1). Robert Levandovski ("Bavariya")
2 (4). Kriştianu Ronaldu ("Yuventus")
3 (2). Kevin De Bröyne ("Mançester Siti")
4 (3). Lionel Messi ("Barselona")
5 (5). Tomas Müller ("Bavariya")
6 (8). Kərim Benzema ("Real")
7 (6). Neymar (PSJ)
8 (7). Erlinq Holand ("Borussiya", Dortmund)
9 (9). Kilian Mbappe (PSJ)
10 (10). Ceydon Sanço ("Borussiya", Dortmund)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol