"Barselona"nın müdafiəçisi Jerar Pike La Liqanın 35-ci turu çərçivəsində "Espanyol"la oynanılan matçdan (1:0) öncə "Kamp Nou" stadionuna velosipedlə yollanıb.
Fanat.Az RTE-yə istinadən xəbər verir ki, ispan futbolçu koronavirus pandemiyası dönəmində ətraf mühitin mühafizəsi ilə bağlı aksiyaya qoşulduğu üçün velosipeddən istifadə edir.
Sosial şəbəkələrdə Pikenin yüksək sürətlə media nümayəndələrinin önündən keçərək "Kamp Nou"nun parkinqinə daxil olduğunu özündə əks etdirən video yayılıb.