İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində oynanılan matçda "Vest Hem" səfərdə "Norviç"i 4:0 hesabı ilə məğlub edib.
"Vest Hem"in vinqeri Maykl Antonio qarşılaşmada poker müəllifi olub. Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Antonio 1981-ci ildən bəri İngiltərə çempionatında bir oyunda 4 qol vurmuş ilk "Vest Hem" futbolçusudu.
Yamaykalı İPL tarixində səfərdə poker etmiş 9-cu oyunçudu. Sonuncu dəfə bunu 2017-ci ildə "Lester"lə oyunda "Tottenhem"in hücumçusu Harri Keyn bacarmışdı.
Fanat.Az