Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində vəziyyət gərginləşdikdən sonra çox sayda gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək könüllü şəkildə cəbhəyə yollanmaq istədiklərini bildirirlər. Prezident İlham Əliyevin son müşavirədəki çağrışından sonra müraciətlərin sayı sürətlə artır.
Fanat.Az xəbər verir ki, könüllü şəkildə cəbhəyə yollanmaq istəyənlər arasında klub prezidenti də var. Belə ki, "Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyev artıq qeydiyyatdan keçib. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Arzu Rəhimov dünən verdiyi açıqlamada 4 mindən çox vətəndaşın qeydiyyata alındığını bildirib.
Fanat.Az