"Qarabağ" yeni transferini ictimaiyyətə təqdim edib.
Fanat.Az xəbər verir ki, Ağdam klubu Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.
Qeyd edək ki, serb futbolçu Azərbaycana gələnədək 6 ölkədə legioner həyatı yaşayıb. Slovakiyada ("Koşitse"/2009-2013) 4 il keçirən yarımmüdafiəçi daha sonra Portuqaliyaya yollanıb. 1 il "Benifaka"da (B komandası) çıxış edib. 2014-2016-cı illəri isə Niderlandda keçirib. O, "NAC Breda"nın uğurları üçün tər töküb. Növbəti il Avstriyaya üz ututub, "Şturm"da (Qrats) özünü göstərib. 2017-ci ildə Danimarkada peyda olub. "Kopenhagen"də cəmi 1 mövsüm keçirəndən sonra yenidən Avstriyaya dönüb və Vyana "Austriya"sına icarəyə verilib. 2019-cu ilin yayında isə APOEL-ə icarəyə göndərilib.
Matiç "Mançester Yunayted"in ulduzu Nemanya Matiçin kiçik qardaşıdı. Nemanyadan 1 yaş balaca olan Uros "Qarabağ"la 6 dəfə üz-üzə gəlib. Bunun ikisi 2017-ci ilə təsadüf edib. Həmin vaxt "Kopenhagen"in şərəfini qoruyan serbiyalı Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionuna qarşı forma geyinib.
Ötən sezon isə APOEL-in heyətində öncə ÇL-nın III təsnifat mərhələ oyunlarında, ardınca Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın önünə çıxıb, hətta Bakıdakı görüşdə qol da vurub.
Fanat.Az