Finlandiyanın Baş Naziri Sanna Marin sabiq futbolçu Markus Raykkonenlə evlənib.
Fanat.Az xəbər verir ki, bu barədə xanım nazir özünün "Instagram" səhifəsində məlumat verib. Toy Marinin iqamətgahında dostlar və qohumların əhatəsində keçib.
Bu, baş nazirin ilk evliliyidi. Dövlət adamının Raykkonenlə münasibətləri artıq 16 ildir davam edir. Cütlüyün 2,5 il öncə qız övladı dünyaya gəlib.
Raykkonen 2009-cu ildə futbolçu karyerasını bitirib. O, karyerası ərzində Finlandiyanın TPV və "İlves" klublarında oynayıb.
Fanat.Az