Dünya "iki nömrə"si Rafael Nadal Balear adalarının qolf çempionatında iştirak edib.
Fanat.Az Balear adaları Qolf Federasiyasının saytına istinadən xəbər verir ki, Nadal 62 nəfərin iştirak etdiyi turnirdə Alvaro Roldosla birlikdə dördüncü pilləni bölüşüb.
İspan tennisçi dünən 72, bu gün isə 74 vuruşda bütün dəlikləri tamamlayıb. Xaume Xayme müvafiq olaraq 70 və 71 vuruşluq nəticələri ilə qalib olub.
Fanat.Az