Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, başa çatan 1/8 final oyunlarından sonra Portuqaliyada təşkil olunacaq final mərhələsində üz-üzə gələcək komandalar bəlli olub.
Bir matçdan ibarət olacaq duellər avqustun 12-15-də təşkil olunacaq. Görüşlər Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" və "Joze Alvelade" stadionlarında reallaşacaq.
Qeyd edək ki, 1/4 finalda yalnız "Böyük beşlik” təmsilçiləri mübarizə aparacaq. İspaniya, Almaniya və Fransa hərəyə 2, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə təmsil olunacaq.
Çempionlar Liqası
1/4 final
12 avqust
Atalanta (İtaliya) - PSJ (Fransa)
13 avqust
Layptsiq (Almaniya) - Atletiko (İspaniya)
14 avqust
Barselona (İspaniya) - Bavariya (Almaniya)
15 avqust
Mançester Siti (İngiltərə) – Olimpik (Lion, Fransa)
Fanat.Az