Peşəkar voleybolla gənc yaşlarında vidalaşan Alisa Monyonok ən uğurlu modellərdən biridi.
Belarus əsilli rusiyalı qız müsahibələrinin birində özünü o qədər də istedadlı saymadığı üçün peşəkar idmanı atdığını vurğulayıb. 2016-cı ildə "Supermodel international" yarışmasının qalibi olan Alisa müxtəlif başqa müsabiqələrdə də ciddi uğurlar qazanıb.
25 yaşlı sabiq idmançı tanınmış geyim firmalarıyla əməkdaşlıq edir, yeni üfüqlər fəth etməyə çalışır.