AFFA Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçilərini açıqlayıb.
Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, italyan mütəxəssisin köməkçi məşqçiləri Arif Əsədov, Benito Karbone və Klaudio Beluççi olacaq.
Dmitri Kramarenko qapıçılar, Alessandro Skaya isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Federiko Turitsiani yığmada videoanalitik vəzifəsini icra edəcək.
Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.
Fanat.az