"Vulverhempton"da çıxış edən millimizin futbolçusu Renat Dadaşov yenidən "Koventri"nin gündəminə gəlib.
Fanat.az xəbər verir ki, bu barədə "Vavel" nəşri məlumat yayıb.
Xəbərə görə, İngiltərənin klubu "Arsenal"ın gənc oyunçusu Ben Şiflə razılaşa bilməsə, yenidən "Vulverhempton"dan Renat Dadaşov və Ouen Otasovieyə yönələcək.
Qeyd edək ki, daha əvvəl Britaniya mətbuatı "Koventri"nin Renat Dadaşov üçün "Vulverhempton"lə razılığa gələ bilmədiyini yazıb. 21 yaşlı hücumçu 2019-cu ilin avqustunda "Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib.
Fanat.az