Ukraynanın "Aleksandriya" klubu millimizin futbolçusu Pavel Paşayevlə müqaviləni yeniləyib.
Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 32 yaşlı müdafiəçinin sözləşməsi 1 il müddətinə uzadılıb.
Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən "Aleksandriya"da çıxış edir.
Fanat.az