Çempionlar Liqasında 1/4 final mərhəsəlinin ən yaxşı oyunçunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb.
Fanat.Az xəbər verir ki, azarkeşlər UEFA-nın rəsmi saytında keçirilən səsvermədə 4 futbolçu arasında seçim etməlidi.
Avropa futbol qurumu mərhələnin ən yaxşı oyunçusu adına PSJ-dən Neymar, "Layptsiq"dən Dayot Upamekano, "Bavariya"dan Tomas Müller və "Lion"dan Mussa Dembeleni namizəd göstərib.
Neymar "Atalanta" ilə görüşün (2:1) ən yaxşısı seçilib. Upamekanonun çıxışı sayəsində komandası "Atletiko" ilə qarşılaşmada (2:1) yarımfinala vəsiqəni təmin edib. Müller "Barselona" (8:2), Dembele isə "Mançester Siti" (3:1) ilə qarşılaşmalarda dubl edib.
Fanat.Az