Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.
Fanat.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək.
Matçlardan sonra növbəti mərhələyə yüksələn komandalar bəlli olacaq. Təsnifat mərhələləri bir oyundan ibarət olduğu üçün qaliblər II raunda vəsiqə əldə edəcəklər. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
Azərbaycan çempionu "Qarabağ" Bakıda Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gələcək.
Çempionlar Liqası, I təsnifat mərhələsi
20:00. "Qarabağ” (Azərbaycan) - "Sileks” (Şimali Makedoniya)
21:00. "Legiya” (Polşa) – "Linfild” (Şimali İrlandiya)
22:00. "Dinamo” (Brest, Belarus) - "Astana” (Qazaxıstan)
22:45. "Seltik” (Şotlandiya) – "Reykyavik” (İslandiya)
23:00. "Srvena Zvezda” (Serbiya) - "Europa” (Cəbəllütariq)
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin digər matçları avqustun 19-da da olacaq.
Fanat.az