22:26 21.08.2020 1105

\"Neftçi\" və \"Keşlə\" mövsümə 3 xalla başladı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə start verilib.
 
Fanat.Az xəbər verir ki, bununla da ölkə çempionatındakı 165 günlük fasilə başa çatıb.

I turun oyunları üç günü əhatə edəcək. İlk gündə iki qarşılaşma keçiriləcək. Premyer Liqanın ilk oyunu Sumqayıtda gerçəkləşib. Azərbaycanı Avropa Liqasında təmsil edən "Sumqayıt" və "Keşlə" komandaları "Kapital Bank Arena"da üz-üzə gəlib. Oyunda yeganə qolu 90+4-cü dəqiqədə Azər Salahlı "Sumqayıt"ın qapısından keçirib. Bununla da bir neçə gün əvvəl "Keşlə"nin baş məşqçisi təyin edilən Yunis Hüseynov ilk oyununda qələbə qazanıb. 

Bu komandalar arasında çempionatda 31-ci qarşılaşma olub. Bunlardan 16-da qonaqlar, 7-də isə meydan sahibləri 3 xal qazanıb. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 49:31. "Keşlə" Premyer Liqada son 4 qarşılaşmada rəqibinə uduzmayıb. Sumqayıtın eyniadlı təmsilçisi isə üç ev görüşündən xalsız ayrılmamışdı.

Günün digər qarşılaşması paytaxtda keçirilib. 2019/20 mövsümünün gümüş mükafatçısı "Neftçi" "Səbail"i qəbul edib. Oyun "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qollarına Namiq Ələsgərov imza atıb. "Səbail"in heyətində isə Peyman Keşavarz fərqlənib.

Komandalar çempionatda 12 dəfə üz-üzə gəliblər. 7 oyunda "flaqman", 2-də isə qonaq komanda meydanı 3 xalla tərk edib. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 23:9. 

Qeyd edək ki, sabah "Qarabağ" - "Sabah", avqustun 23-də "Qəbələ" - "Zirə" oyunları keçiriləcək.
 
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, I tur

21 avqust
Sumqayıt - Keşlə 0:1
Qol: Azər Salahlı, 90+4.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 21. Miyuşko Boyoviç, 42. Aleksandr Kristovao, 22. Şahrux Qadoyev, 48. Dmitro Klots, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 11. Silvio Rodriges, 23. Artur Batista, 99. Rafael Məhərrəmli, 88. Seymur Əsədov, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Hakim-inspektor: İmanxan Sultani.
"Kapital Bank Arena".

Neftçi - Səbail 2:1
Qollar: Namiq Ələsgərov, 16; 66 - Peyman Keşavarz, 79.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 28. Stiven Monroz, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Füzuli Məmmədov.
Səbail: 25. Elxan Əhmədov, 10. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 5. Adil Nağıyev, 7. Mirsahib Abbasov, 16. Peyman Keşavarz, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
"Bakcell Arena".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X