Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, "Sumqayıt"la "Keşlə" arasındakı açılış matçında baş hakim Elçin Məsiyev meydan sahiblərindən 3, qonaqlardan 2 futbolçuya sarı vərəqə göstərib.
Mövsümün ilk "sarı"sı "Sumqayıt"dan Murad Xaçayevə "qismət olub". O, 2-ci dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanıb.
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" görüşü qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az