Avropa Liqasında ilkin mərhələnin təxirə salınan Linkoln (Cəbəllütariq) - Priştina (Kosovo) oyununun bu gün keçirilməsi nəzərdə tutulmuşdu.
Fanat.Az xəbər verir ki, ancaq görüş yenidən baş tutmayıb.
Belə ki, qonaq komandada yeni koronavirusa yoluxma faktının aşkarlanıb.
Qeyd edək ki, a
vqustun 18-də baş tutmalı olan qarşılaşma Kosovo təmsilçisinin 8 oyunçusunun testinin pozitiv çıxması səbəbindən bu günə təyin olunmuşdu. Lakin bu gün qonaqların daha bir neçə oyunçusunun virusa yoluxduğu açıqlanıb. Bu səbəbdən UEFA görüşün oynanılmamasına qərar verib.
Avropa Liqası
İlkin mərhələ
22 avqust
20.00 Linkoln (Cəbəllütariq) - Priştina (Kosovo)
Xatırladaq ki, çütün qalibi I təsnifat mərhələsində "Union"u qəbul edəcək. Lüksemburq klubu ilə görüş avqustun 27-də olacaq.
Fanat.Az