22:21 22.08.2020 1018

"Elə baş məşqçiyəm ki, ..." - "Sabah"ın çalışdırıcısı

"Sabah" komandası Premyer Liqanın I turunda səfərdə "Qarabağ"la qarşılaşıb. 
 
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi son çempiona 0:2 hesabı ilə məğlub olub.
 
Görüşdən sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Visente Qomes məğlubiyyətə belə şərh verib: 
 
"İlk hissədə pis çıxış etmədik. Küləyə qarşı oynamaq çətin idi. İkinci hissədə külək bizim tərəfimizdə oldu. Sadəcə, dəqiqlik çatmadı. Bu cür komandalara qarşı oyunlarda dəqiqlik olmayanda səni cəzalandırırlar. Topu özümüzdə çox saxlamaq, hücum etmək istəyirik. Tez qərar verən komanda olmaq niyyətindəyik. Həmişə döyüşkən və təslim olmayan kollektiv yaratmaq istəyirik. Bu gün bir az sıxıntılar oldu. Uyğunlaşmaq lazımdır. Rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Düzgün müdafiə olunmalıyıq. İlk hissədə vurulan qolu çıxsaq, müdafiədə yaxşı oynadığımızı deyə bilərəm".

Qomes "Sabah"a gələnədək Azərbaycan futbolu barədə məlumatı olmadığını deyib: "Burada daha çox bərabər səviyyəli oyunlara şahid oluruq. "Qarabağ" və "Neftçi" digərlərindən bir qədər fərqlənir. Müəyyən ideyalarım var. Öz istədiyim üslubu yaratmaq istəyirəm. Əlimizdəki futbolçulardan istifadə edərək, öz fəlsəfəmi tətbiq etmək niyyətindəyəm".

İspaniyalı baş məşqçi Ramil Şeydayevi əvəzləməsinin səbəbini də açıqlayıb: "Oyuna 4-3-3 sistemi ilə başlamışdıq. Amma matçın gedişində sxemi dəyişirdik. İki hücumçu ilə oynamağa üstünlük vermədik. 3-cü dəyişikliyimiz də hücumameylli idi. Kevin Kubembanın meydana girməsi cinah hücumlarını sürətləndirmək məqsədi daşıyırdı. Biz keyfiyyətli oyun göstərmək istəyirik".

Baş məşqçi komandanın kapitanı Ruslan Abışovun zədəsindən də danışıb: "Mövsümdən əvvəl problemləri var idi. Bel əzələsində zədə olduğu üçün bu gün oynamadı. Sağalandan sonra komandaya qoşulacaq".

V.Qomes rəhbərliyin onun qarşısına Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyduğunu deyib: "Əslində nəticələr tək bizdən asılı deyil. Çünki digər komandalar da bunu istəyir. Əlimizdəki materialdan maksimum istifadə etmək istəyirəm. Elə baş məşqçiyəm ki, sadəcə bizdən asılı olan işlərə köklənmək istəyirəm".
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X