"Şerif" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la matçdan öncə koronavirus testindən keçib.
Fanat.Az xəbər verir ki, bu haqda Tiraspol təmsilçisinin rəsmi saytında məlumat yer alıb. Bütün futbolçularının və məşqçilər heyətinin test nəticəsi mənfi olub və UEFA-ya göndərilib.
Ölkə çempionu sabah çarter reysli təyyarə ilə Bakıya gələcək.
Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.
Fanat.Az