Rusiyanın paytaxtı Moskvada təşkil olunması planlaşdırılan ağırlıqqaldırma üzrə Avropa çempionatı yenidən təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə Avropa Ağırlıqqaldırma Federasiyasının I vitse-prezidenti Sergey Sırçov məlumat yayıb.
Qurum rəsmisi TASS-a açıqlamasında bildirib ki, yarış 2021-ci ildə baş tutacaq. Turnirin vaxtı daha əvvəl apreldən oktyabrın sonuna dəyişdirilib.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan millisi də iştirak etməli idi.
Sport7.az