Almaniya çempionu "Bavariya” "Barselona”dan icarəyə götürdüyü Filippe Koutinyo ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
Çempionlar Liqasının son qalibinin braziliyalı futbolçunu birdəfəlik alması gözlənilsə də, Almaniya klubunun idarəçiləri fərqli qərar verib. Koutinyo artıq müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıdıb.
Sözügedən oyunçu ötən mövsümün əvvəlindən "Bavariya"da icarədə idi. Onun Kataloniya klubuna 2018-ci ildə "Liverpul”dan gəldiyini də bildirək.
Fanat.Az