Lionel Messinin atası Jorje Messi "Barselona”nın prezidenti Josez Maria Bartomeu ili görüşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "TyC Sport" məlumat yayıb.
Xəbərə görə, Lionelin atası bu görüş üçün xüsusi təyyarə ilə Argentinadan İspaniyaya gəlib. 1,5 saat davam edən danışıqlarda Messinin qardaşı və vəkil də iştirak edib.
"Barselona” rəhbərliyi mövqeyindən geri çəkilməyib və 700 milyon avro ödənilməsə futbolçuya sərbəst agent statusu verilməyəcəyini bildirib.
Bundan sonra danışıqlar nəticəsiz qalıb. 20 ildir "Barselona”nın formasını geyinən Messinin müqaviləsi 2021-ci ilin iyununa qədərdi.
Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol