Bu gecə UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə A,B,C və D liqalarında 10 görüş reallaşıb.
Şenol Günəşin rəhbərlik etdiyi Türkiyə yığması doğma meydanda Macarıstana uduzub. Rusiya isə Serbiya üzərində inamlı qələbə qazanıb.
Turnirin matçları koronavirus səbəbindən azarkeşsiz keçirilir.
UEFA Millətlər Liqası
A Liqası
4-cü qrup
Almaniya – İspaniya 1:1
Qollar: Timo Verner, 52 - Xose Qaya, 90+6
Ukrayna – İsveçrə 2:1
Qollar: Andrey Yarmolenko, 14, Aleksandr Zinçenko, 68 - Halis Seferoviç, 41
B Liqası
3-cü qrup
Rusiya - Serbiya 3:1
Qollar: Artyom Dzyuba, 48-pen, 81, Vyaçeslav Karavayev, 69 - Aleksandar Mitroviç, 78
Türkiyə - Macarıstan 0:1
Qol: Dominik Soboslay, 80
4-cü qrup
Bolqarıstan - İrlandiya 1:1
Qollar: Bojidar Krayev, 56 - Şeyn Daffi, 90+3
Finlandiya - Uels - 0:1
Qol: Kiffer Mur, 80
C Liqası
3-cü qrup
Moldova – Kosovo - 1:1
Qollar: İon Nikolaesku, 20 - Bencamin Kololli, 71
Sloveniya – Yunanıstan - 0:0
D Liqası
1-ci qrup
Latviya - Andorra - 0:0
Farer adaları - Malta - 3:2
Qollar: Klemint Olsen, 25, Andreas Olsen, 87, 90 - Yurgen Deqabriele, 37, Andrey Acius, 73
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də keçirəcək. Təmsilçimiz Bakıda Lüksemburq yığmasını qəbul edəcək.
Fanat.Az