11:53 11.07.2020 3359

Forza azzerri!

Georgi Nikolov 

Axır ki! İndi təkrarsız Bakı ləhcəsi ilə "ay sağ ol" deyənlər də çoxdu. 

Hə, AFFA-nın italiyalı Canni de Byazini millinin "sükanı arxası"na gətirməsi ağıllı seçimə bənzəyir. Məndən heç kim soruşmasa belə, hətta rasional deyərdim. Çünki, bütün hallarda, Azərbaycandakı dostların məşhur mütəxəssisin təyinatından razı qaldığını düşünürəm.

Yeni əsrdə yığma məşhur çalışdırıcı sarıdan problem yaşamayıb. Adları hamı xatırlayır. İcazənizlə bir daha yada salaq: Karlos Alberto Torres, Şahin Diniyev, Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov... Bağışlayın, cənab Yurçeviç, amma mən siz və gördüyünüz iş haqqında müsbət sözlər deyə bilməyəcəm.

Əlqərəz, indi de Byazi adı ətrafında yaranan sualların zamanıdı:

İtaliya və Azərbaycanın idman mentaliteti üst-üstə düşəcəkmi?
İtaliya və Azərbaycanın futbolu idarəetmə modelləri uyğun gəlirmi?
İki ölkənin oyun üslubu bir-birinə yaxındımı?
De Byazinin oyunçular arasında hörmət qazanması, avtoritetə çevrilməsi nə qədər vaxt aparacaq?
Baş məşqçi işi üçün çox vacib olan "materiallar"ı hansı müddətə tapacaq?

Bu suallardan çoxunu 2006-cı ildə - Bakı "İnter"inə rəhbərlik etmək missiyasını üzərimə götürəndə özümə vermişəm. Cavablar futbol adlı başgicəlləndirici dünyada çox köməyimə gəlib. Şübhəsiz, De Byazi də özü üçün cavablar axtaracaq. Millinin azarkeşləri isə təbii ki, nəticə istəyəcək! Özü də çox tez!

Onları anlamaq, dəstəkləmək lazım gələcək. Məsələn, mən ilk addım olaraq fanatlara "döyüş çağırışı" təklif edirəm: "Forza azzerri!" İtaliyanca nə demək olduğunu az qala hamının bildiyi "forza azzurri"dən çox az fərqlənir. De Byazi və köməkçiləri bunu tərcüməsiz də başa düşəcəklər.

Eksklüziv olaraq Fanat.Az üçün
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X