18:15 04.09.2020 1214

Canni De Byazi: "Mentaliteti dəyişə bilsək, yaxşı olacaq"

"Hamını salamlayıram. Çox sakitəm. 3 il futboldan kənarda qalsam da, işə başlayanda hər şeyimi verirəm".

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında qarşılaşacaqları Lüksemburq seçməsi ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, futbolsuz qalanda darıxır: "Bu, mənim üçün yeni çağırışdır. Dekabrda A Seriyasından təklif almışdım. Qəbul etmədim. Azərbaycanın təklifi daha maraqlı gəldi. Burada uğurlar qazanmaq istəyirəm. Arzu edirəm ki, tezliklə bu qəribə vəziyyət başa çatacaq və öz işimizi rahat görə biləcəyik. Deyə bilmərəm ki, çox işləmişik. Bütün yığmalar kimi normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişəm. Köməkçilərimlə gündə 18 saat işləmişik ki, mentalitetə, oyunçulara yaxından bələd olaq. 9 gündə cəmi 12 məşqimiz olub. Uşaqları inandırmaq istəyirəm ki, çox çalışmaqla uğur qazanmaq olar".

63 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan qrupda reytinqə görə 4-cü komandadır: "Lüksemburq son illərdə çox inkişaf edib. Cənubi amerikalı oyunçuları milliləşdiriblər. Amma bizim də güclü futbolçularımız var".

Canni De Byazi komandanın heyəti ilə bağlı da danışıb: "Azərbaycana yeni gəlmişəm. İki aydan çoxdur azərbaycanlı futbolçuları analiz edirik. Mənə kimin oynayıb-oynamaması vacib deyil. İlk növbədə, onların istəyini bilmək fikrində idim". 

Baş məşqçi Elvin Bədəlovu "Sumqayıt" - "Keşlə" matçında bəyəndiyi üçün milliyə cəlb etdiyini vurğulayıb: "Bura gəlməmişdən Azərbaycanın bütün oyunlarına baxmışam. Müəyyən ideyalarım var. Təəssüf ki, vaxtımız azdır. Sabah yaxşı nəticə üçün meydana çıxacağıq. Bilirsiniz, insan özünü necə sevdirə bilər? Qələbə ilə. Elə komanda yaratmaq istəyirəm ki, futbolçular meydanda bir-biriləri üçün canlarını versinlər. Məqsədimiz qrup birincisi olmaqdır. İlk növbədə, futbolçuların mentalitetini düzəltmək, taktiki baxımdan irəliləyişə nail olmaq və istək yaratmaq niyyətindəyəm. Həyatda uğur qazanmağın əsas yolu budur".

Mütəxəssis futbolçuların 5 gündə iki oyun keçirməsi ilə bağlı suala belə cavab verib: "UEFA-dan xahiş edəcəyik ki, formatı dəyişsinlər (gülür). Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Əsas problem fiziki hazırlıq yox, mentalitetdir. Bütün dünya bu formatla oynayır. Mentaliteti dəyişə bilsək, yaxşı olacaq. Sabah qələbə qazana bilsək, ikinci oyuna daha rahat hazırlaşacağıq". 

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma 3 gün sonra Kiprin qonağı olacaq.

Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
19:39

"Layihəmqəbulolunsa, davam etmək istəyirəm-Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X