22:48 05.09.2020 1204

De Byazidən məğlubiyyət şərhi: "Günahkar artıq var"

"Oyuna yaxşı başlaya bilmədik. Topla davranışda problemlər oldu. Bu, psixologiya ilə bağlı ola bilər. Özümüzə gələndə qırmızı vərəqə aldıq və matçın böyük hissəsini azlıqda keçirdik. Mövsümün əvvəlidir. Yorğunluq görünürdü. İkinci hissədə adi qollar buraxdıq".

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının I turunda Bakı Olimpiya Stadionunda Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Lüksemburq güclü komandadır: "Yaxşı futbolçuları var. Bizim üçün vacib test idi. Düşünmürəm ki, 1 oyunla hansısa qərar vermək olar. Oynayan futbolçulara təşəkkürümü bildirirəm. 10 nəfərlə oynamaq çətin idi. Hətta qol da vurduq. İndi inkişaf etməliyik".

64 yaşlı baş məşqçinin sözlərinə görə, millinin oyununda pozitiv məqamlar da görüb: "10 nəfərlə qaldıqdan sonra hücuma çıxdıq, qol vurduq. İkinci hissədə daha yaxşı oyun gözləyirdim. Amma avtoqol və penalti işimizi çətinləşdirdi".

De Byazi Millətlər Liqasına ciddi yanaşdıqlarını deyib: "Hər bir turnirdən maksimum istifadə etməliyik ki, daha da güclü olaq. Bu gün yaxşı komandaya qarşı oynadıq. Ftbolçular geriyə çox pas verdilər. Bunu onlardan istəməmişdim".

Təcrübəli mütəxəssis ikinci hissədə klubsuz Araz Abdullayev və beynəlxalq oyun təcrübəsi az olan Adil Nağıyevi meydana buraxmasının səbəbini izah edib: "Komandanı yaxşı tanıyıram. Ola bilər, xarakterlərinə tam bələd deyiləm. Bizə fiziki baxımdan güclü futbolçu lazım idi ki, həm hücumda, həm də yarımmüdafiədə inamlı oynasın. Ona görə Araza şans verdim. Nağıyevə gəlincə, rəqib meydana ikinci hücumçunu buraxdıqdan sonra bu addımı atdıq. Hamı səhv edə bilər. Səhv olmasa, inkişaf edə bilmərik. Səhv hər zaman baş məşqçinindir. Günahkar artıq var".
 
Baş məşqçi ilk növbədə mərkəzi bağlamağa çalışdıqlarını sözlərinə əlavə edib: "Bizim üçün əks hücuma keçmək asan deyildi. Cinahlarda Təmkin və Namiqdən bunu gözləyirdik. Amma alınmadı. Sona doğru komanda yorulmuşdu. Komandanın oyunundan razı qaldım. Futbolçular əllərindən gələni etdilər. Nəzərə alaq ki, uzun fasilədən sonra oyun keçirdik. Standart vəziyyətlərdə səhvsiz oynadıq. Uzun ötürmələrdən çox istifadə edirdik. Çünki topu özümüzdə saxlaya bilmirdik. Avropa səviyyəli komanda olmaq üçün çox çalışmalıyıq".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
19:39

"Layihəmqəbulolunsa, davam etmək istəyirəm-Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X