Milli komandamızın Millətlər Liqasının ilk turunda "cırtdan" ölkə deyib, xor gördüyü Lüksemburq yığmasına 1:2 hesabı ilə uduzması ötən günə damğasını vurdu.
Oyun haqda deyiləcək çox söz qalmayıb əslində. Çünki "qırmızı", avtoqol, penalti kimi səhvlər ilə futbolçularımız "öz sözlərini" dedilər.
Ancaq məğlubiyyətlərə alışan jurnalistlər, azarkeşlər və futbol ictimaiyyətinin nümayəndələri artıq əsəbləşməyi buraxıb ya susmağı, ya da yaşanan fiaskoya ironik yanaşmağı üstün tuturlar.
Ancaq hələ də əsəbləşən futbol sevərlər olduğunu nəzərə alaraq, onlar üçün kiçik bir araşdırma apardıq.
Oyundan sonra sosial şəbəkədə futbol camiəsinin nümayəndələrinin paylaşdığı ən maraqlı statusları oxucularımız üçün topladıq.
Onsuz da koronavirusa görə aylardı davam edən karantin günləri yetərincə insanların psixologiyasına təsir edib, bir də "AFFA-nın seçmə komandası"na görə əsəblərinizi korlamağa dəyməz. Pozitiv və sağlam olmağa çalışın!
Hörmətlə, Röya Kərimli