Bu gecə UEFA Millətlər Liqasında II tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, A, C və D liqasında daha 9 görüş keçirilib.
A liqasının 2-ci turunda Belçika İslandiyanı, Danimarka isə İngiltərəni qəbul edib. Belçika darmadağına sevinibsə, Danimarka 1 xal qazanıb.
3-cü qrupda Xorvatiya Fransanın, Portuqaliya İsveçin qonağı olub. Fransızlar evdə, portuqallar səfərdə inamlı qələbəyə seviniblər.
C liqasında Kipr – Azərbaycan görüşü ilə yanaşı, daha 3 matç oynanılıb. Millimizin qələbəyə sevindiyi gündə qrupun digər oyununda Monteneqro da səfərdə Lüksemburqdan üstün olub. Gürcüstan isə Şimali Makedoniya ilə ev oyunundan xal itkisi ilə ayrılıb.
D liqasının yeganə görüşündə isə San Marino öz meydanında Lixtenşteynə boyun əyib.
UEFA Millətlər Liqası, II tur
8 sentyabr
A Liqası, 2-ci qrup
Belçika – İslandiya 5:1
Qollar: Vitsel, 13. Batşuayi, 17; 69. Mertens, 50. Doku, 80 – Fridyonsson, 11.
Danimarka – İngiltərə 0:0
Belçika – 6, İngiltərə – 4, Danimarka – 1, İslandiya – 0
A Liqası, 3-cü qrup
Fransa – Xorvatiya 4:2
Qollar: Qrizmann, 43. Livakoviç, 45+1-öz qapısına. Upamekano, 65. Jiru, 77-pen – Lovren, 17. Brekalo, 55.
İsveç – Portuqaliya 0:2
Qollar: Ronaldu, 45+1; 72-pen.
Portuqaliya – 6, Fransa – 6, İsveç – 0, Xorvatiya – 0
C Liqası, 1-ci qrup
Kipr – Azərbaycan 0:1
Qol: Medvedev, 29.
Lüksemburq – Monteneqro 0:1
Qol: Beçiray, 90+3-pen.
Monteneqro – 6, Lüksemburq – 3, Azərbaycan – 3, Kipr – 0
C Liqası, 2-ci qrup
Gürcüstan – Şimali Makedoniya 1:1
Qollar: Okriaşvili, 13-pen – Ristovski, 33.
Ermənistan – Estoniya 2:0
Qollar: Karapetyan, 43. Anqulo, 65.
Şimali Makedoniya – 4, Gürcüstan – 4, Ermənistan – 3, Estoniya – 0
D Liqası, 2-ci qrup
San-Marino – Lixtenşteyn 0:2
Qollar: Hasler, 3. Frik, 14.
Lixtenşteyn – 3, Cəbəllütariq – 3, San Marino – 0
Fanat.Az