Fransa çempionatında 2-ci turdan təxirə salınmış oyun keçirilib.
Fanat.Az xəbər verir ki, son çempion PSJ "Lans”ın qonağı olub.
Neymar, Kilian Mbappe, Leandro Paredes və Anxel Di Marianın xidmətindən adları çəkilənlərin koronavirus testi müsbət çıxdığına görə məhrum olan Paris təmsilçisi yeni mövsümdəki ilk matçında minimal hesabla yenilib.
Xatırladaq ki, PSJ-nin ilk turdakı "Mets”lə ev oyunu da təxirə salınıb.
Fransa, Liqa 1
2-ci turun oyunu
10 sentyabr
Lans - PSJ 1:0
Qol: Qanaqo, 57.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol