Tennis üzrə "Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində qadınlar arasında finalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, turnirin altıqat qalibi Serena Vilyams yarımfinalda belaruslu Viktoriya Azarenkoya məğlub olub – 1:2 (6:7, 6:3 və 3:6).
Belaruslu raketka ustası finalda yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək. Həlledici oyun sentyabrın 13-də keçiriləcək.
Fanat.Az