"DÇ-2018"in elçilərindən olan Viktoriya Lopyreva yeni mövsümün startından öncə azarkeşi olduğu "Qalatasaray"a dəstək olub.
Fanat,Az xəbər verir ki, İstanbul klubunun formasında fotosunu paylaşan rus gözəl türkcə "Qalatasaray"ımız mövsümə başlayır. Bu gün yanlarında olsaq da, ürəyimiz "Qalatasaray"la! Mövsümü çempion olaraq tamamlamaq diləyi ilə! #hedef23" yazıb.
Qeyd edək ki, "Qalatasaray" mövsümün ilk oyununda "Qaziantep"i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. İstanbul klubu Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibidi. Komandalar arasında oyun sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.