Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçında Ukraynanın "Dinamo" klubu Kiyevdə Niderland AZ-sini qəbul edəcək. Növbəti görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. II raundda Türkiyənin "Beşiktaş" komandasını mübarizədən kənarlaşdıran PAOK doğma meydanda Portuqaliya təmsilçisi "Benfika" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Günün son oyununda isə Belçikanın "Gent" və Avstriyanın "Rapid" (Vyana) klubları üz-üzə gələcəklər.
Çempionlar Liqası
III təsnifat mərhələsi
15 sentyabr
21.00 Dinamo (Kiyev, Ukrayna) - Alkmaar (Niderland)
22.00 PAOK (Yunanıstan) - Benfika (Portuqaliya)
22.30 Gent (Belçika) - Rapid (Vyana, Avstriya)
Qeyd edək ki, III təsnifat mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Fanat.Az