10:29 15.09.2020 4356

İcra başçısı prezidentliyə namizəd oldu

Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) növbədənkənar Konqresinin keçirilməsi nəzərdə tutulub.

Fanat.Az xəbər verir ki, 12-13 dekabrda koronavirus pandemiyası səbəbindən onlayn keçirilməsi planlaşdırılan tədbirdə qurumun yeni prezidentinin seçilməsi gözlənilir. Bununla bağlı yaxın günlərdə yekun qərar açıqlanacaq.

AİBA-nın rəhbər postuna Assosiasiyanın İcraiyyə Komitəsinin bir neçə üzvünün təşəbbüsü ilə eyni komitənin üzvü, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovun namizədliyi irəli sürülüb. Hələlik yeganə namizəd olan Mikayılov pandemiya dövründə çətin və məsuliyyətli yükün altına girdiyini, sevimli idman növü olan boksun inkişafında öz töhfəsini vermək arzusunu qeyd edib.

O bildirib ki, dünya boks ailəsi son prezident seçkilərindəki səhvi təkrarlamamalı, lazım olan lideri seçməli və boksun dünya idmanındakı nüfuzunu qaytarmalıdır. 58 yaşlı S. Mikayılovun platformasının əsasını seçkilərdən sonra maliyyə dayaqlarını möhkəmlətmək, strukturu yenidən formalaşdırmaq və Beynəlxalq Olimpiya Komitəsi ilə münasibətlərdəki gərginliyi aradan qaldırmaq təşkil edir. Həmçinin 2024-cü ilədək büdcənin hazırlanması da əsas prioritetdir. Kənar ekspertlərdən ibarət yeni baxış komitəsinin formalaşdırması üçün isə AİBA-nın əsasnaməsinə dəyişikliklərin edilməsini də məqsədəuyğun sayan sabiq boksçu və hakim idarəetmənin yeni strukturu, yeni maliyyə prinsipləri, etika və mədəniyyət məsələlərində dəyişikliklər, bütün qaydaların yenidən nəzərdən keçirilməsi, qadın boksunun inkişafı üçün layihələrə baxılması, yarışlarla bağlı planların formalaşması, həmçinin AİBA-nın imicinin bərpası və yeni tədbirlərin təşkili üçün PR planların hazırlanmasını təklif edib.

Yuxarıda qeyd olunanlar həyata keçdikdən sonra yeni rəhbər Beynəlxalq Olimpiya Komitəsinə məruzə hazırlamalıdır ki, bunun əsasında boks Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasın. S. Mikayılov bunun üçün lazım olan vəzifələrin icrasını öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, son aylarda, hətta illərdə lazım olan plan və dəstəyi hazırlayıb ki, AİBA-nın və boksun taleyini uğurlu şəkildə dəyişsin: "Bu uğura tam əminəm. Öz səhvlərimizi etiraf etməyi utanmamalıyıq. Amma artıq onlar keçmişdə qalıb. Biz maliyyədən, idarəetmədən müstəqil olmalı və boksçularımız üçün tam məsuliyyət daşımalıyıq. Bu hədəfə çatdıqdan sonra biz artıq öz yolumuzla gedəcəyik. Bu günki gündə AİBA hələ də gələcəklə bağlı ümid evi kimi qalır. İcraiyyə Komitəsinin üzvləri AİBA-nı nikbin ruhda həyatda saxlamaq üçün hər şey ediblər. Əgər dekabrda mənə sizin rəhbər kimi xidmət etmək imkanını nəsib etsəniz, səylərinizi qiymətləndirəcəyimə söz verirəm. Bu bizim idman növüdür və başqa heç kimə məxsus deyil. O həmişə bizdə qürur hissi yaradıb və həyatımıza rəng qatıb. Biz kiməsə onu bizdən almağa imkan verə bilmərik”.

S.Mikayılov mətbuatda AİBA-nın borclarını bağlayacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. O bildirib ki, yazılanlar heç bir həqiqəti əks etdirmir: "Mən bununla bağlı heç kimə söz verməmişəm. Sadəcə bildirmişəm və platformamda da qeyd etmişəm ki, 3 ay ərzində xüsusi komissiya yaradılacaq və həmin qrup borclarla bağlı məsələləri araşdıracaq. Çünki bu pulların nə üçün götürülməsi, hara investisiya qoyulması, necə xərclənməsi barədə heç kimdə təfərrüatı ilə dəqiq məlumat yoxdur. Mən "borcları bağlayacağam” deməmişəm”.

Qeyd edək ki, 2019-cu ilin martında özbəkistanlı Qafur Rəhimovun prezident vəzifəsindən ayrılmasından sonra AİBA-ya müvəqqəti olaraq mərakeşli Mohamed Mustasan rəhbərlik edir. Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısıdır. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X