19:21 16.09.2020 988

Fatih Terim: "Qarabağ"ın "Neftçi" ilə rəqabətdə olduğunu bilirəm"

"Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm. "Qalatasaray" avrokuboklara öyrəncəli komandadır. Hər zaman sonadək mübarizə aparır. Açığı, püşkdə "Neftçi"nin adını görəndə çox sevindik. Azərbaycan bizim üçün sevgisindən şübhə etmədiyimiz ölkədir. "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik. Azərbaycan təmsilçisinə uğurlar arzu edirəm. İnanırıq ki, mərhələni keçəcəklər. Bu komandanın "Neftçi" ilə rəqabət apardığını bilirəm. Heyətdə dəyişiklik edib-etməyəcəyimizə sabah qərar verəcəyik. Futbolda ümumi qayda var: ən önəmli matç qarşımızdakı oyundur. "Neftçi" ilə görüş də bizim üçün vacibdir. Sıx qrafiki nəzərə alaraq, bütün oyunçuların buna uyğunlaşmaları lazımdır. Buna görə birinci və ikinci nömrə futbolçuların sintezindən komanda qura bilərik. Buna rotasiya demək olmaz".
 
"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
 
67 yaşlı mütəxəssis bildirib ki, Türkiyə Super Liqasının ilk turunun "Qaziantep"lə oyununda (3:1) etdiyi oyunçu dəyişiklikləri avrokubok matçı ilə bağlı deyil: "Mənim həmin vaxt belə bir fikrim yox idi. Fiziki məsələləri də nəzərə alıb digər oyunçulara da şans verdim. Komandamız həmin gün çox yaxşı mübarizə aparmışdı".
 
Terimin sözlərinə görə, komanda hava limanı və oteldə böyük sevgi ilə qarşılanıb. Lakin o, meydana qələbə üçün çıxacaqlarını diqqətə çatdırıb: "Neftçi"nin 2 matçını izlədim. Biri Şimali Makedoniya "Şkupi"si, digəri isə "Sumqayıt"la görüşləri idi. "Neftçi" 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclüdən biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Emin Mahmudov, Yusuf Laval, Tallison Dias və Stiven Monrozun önəmli oyunçu olduqlarını bilirəm. Xeyirlisi nədirsə, o da olacaq". 
 
"Qalatasaray"ın hər yerdə sevildiyini deyən Terim Azərbaycanda komandasına xüsusi münasibətdən məmnunluq ifadə edib. O, gələcəkdə Bakıya təlim-məşq toplanışları və oyunlar üçün gəlmələrinin mümkünlüyünü diqqətə çatdırıb: "Burada "Qalatasaray"a anormal dərəcədə maraq var. Sosial məsafəni isti məsafəyə döndərsək, daha sıx münasibətlərimiz qurulacaq. Azərbaycandakı "Qalatasaray"lıları sevindirmək, Bakıda gözəl günlər keçirmək istəyərik".
 
O, "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovun "Qalatasaray"ı mübarizədən kənarlaşdıracaqları ilə bağlı fikirlərinə münasibət bildirib: "İddialı insanları sevirəm. Baş məşqçi nə deməlidir? Desin ki, bizi udacaqlar? Belə şeylər xoşuma gəlir. Görək, dediyi ilə etdiyi üst-üstə düşəcəkmi". 
 
Təcrübəli mütəxəssis azərbaycanlı futbolçunun "Qalatasaray"da yer alması üçün özünün istəkli olması, "sarı-qırmızılar"a üstünlük verməsi, Türkiyə təmsilçisinin isə onu bəyənməsinin vacibliyini söyləyib.  Qapıçı Fernando Musleranın ayağının qırılmasına üzüldüklərini deyən Terim uruqvaylı oyunçunu yüksək qiymətləndirib: "Allah betərindən saxlasın. Daha tez meydana dönməsi üçün həkimlərimiz çalışırlar. Amma digər qapıçılarımıza da güvənirik. İnanıram ki, onlar da etimadımızı doğruldacaqlar. Musleranın isə karyerasını "Qalatasaray"da bitirəcəyinə ümidvaram. Belə oyunçuya sahib olduğumuz üçün xoşbəxtik". 
 
AVRO-2020-də Türkiyə millisinin 2 matçını Bakı Olimpiya Stadionunda keçirəcəyini xatırladan "Qalatasaray"ın baş məşqçisi Azərbaycanı öz məmləkətləri saydığını deyib: "Əvvəlki oyunlarımızı başqa stadionda keçirmişdik. Bu isə yeni stadiondur. İnşallah, yeni arenada yaxşı nəticələr qazanarıq. Azarkeşsiz oynamaq mənfi cəhətdir. Böyük komandaların böyüklüklərinin ən böyük səbəbi azarkeşləridir. Azarkeş olmadıqda hər iki komanda bərabər şəraitdə olur. Azarkeşsiz oynamağın bizim üçün mənfi cəhət olduğu dəqiqdir. Çünki bizim burada da azarkeşlərimiz var". 
 
Mövsümün "Qalatasaray" üçün ağır keçəcəyini deyən Terim təkcə Superliqada 40 oyun keçirəcəklərini və mövsümün çox ağır alınacağını söyləyib. O, transferləri niyyət və hədəflərinə uyğun həyata keçirəcəklərini bildirib: "Transfer xatirinə transferlər etməyəcəyik. Yaş ortalaması və hədəflərimizə uyğun oyunçular almağa çalışacağıq. Çətin mövsümü qarşılayacaq mövsümdə hər mövqedə iki oyunçuya malik olmaq istəyirik. Maddi durumu da nəzərə almalıyıq. Maliyyə problemlərini aradan qaldırmadıqca hər bir komandanın vəziyyəti çətin olacaq".
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2024
10:12

Lamin Yamal "Barselona"dakı kumirinin adını açıqladı - Bu, Messi deyil

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Messi penaltini qaçırdı, Argentina "lotoreya"da qalib gəldi

09:00

AÇ-2024: Bu gün1/4 final oyunları start götürür - YENİLƏNİR

04 İyul 2024
22:37

Yeni müqaviləyə imza atan Erik ten Haq nə danışdı?

22:03

"Qarabağ"ın tədbiri yarımçıq dayandırıldı -SƏBƏB

21:43

Ruzanna Məmmədova Avropa çempionu oldu

21:30

Portuqaliyalı yarımmüdafiəçi "Səbail"lə vidalaşdı

20:22

Fransa nəhəngi "Bayern"in ulduzunu alır

19:30

Klopp türk məşqçini təbrik etdi: "Əla olacaq"

19:11

Andrix İspaniya ilə oyuna yeni imicdə çıxacaq - FOTO

18:40

Superkubok oyunu təxirə salındı

18:16

"İndi İspaniyanı yenməyə köklənmişəm" - Camal Musiala

17:53

"Əsas narahatlıq yaradan məsələ..." - Borisov ÇL-dəki rəqibləri dəyərləndirdi

17:22

Ərəblər Markinyosu da aparır

17:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:52

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

16:39

"Qarabağ"ın 4 rəqibindən ikisi bilindi

16:21

Bellingem ədəbsiz jestə görə belə cəzalandırılacaq

16:03

"Kəpəz"də yeni müqavilə - RƏSMİ

15:45

AFFA danışılmış oyunlarla bağlı seminar keçirdi

15:27

"Mançester Yunayted" Erik ten Haqla müqavilə yenilədi

15:09

"Klublarımız avrokuboklardan çox öz çempionatımıza hazırlaşırlar" - Erkin İbrahimov

14:51

Koman qayıtdı

14:33

"Zirə"nin rəqibi milli üzvünü transfer etdi

14:16

Ansu Fati İstanbul nəhənginə keçə bilər

13:59

"Mançester Siti" əsas qapıçısını satır - SON DURUM

13:41

"Morata mənə söz verib ki..." - Kapitan millinin bərbərinə nə vəd edib?

13:23

Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı

13:05

Braziliya millisinin üzvü "Vest Hem"i bu kluba dəyişir

12:48

"Barselona" üçün ən əlverişli il olacaq" - La Liqanın rəhbəri

12:30

"Rodri ilə mövqelərimiz fərqlidir, amma..." - Toni Kroos

12:11

"Real Madrid" bu oyunçusunu satır - Yeni müştəri də bəllidir

11:52

Azərbaycan millisi Avropa çempionatında 3-cü yeri tutdu

11:34

AFFA rəsmisi UEFA-dan təyinat aldı

11:15

Lunyov "Dinamo"dakı debütünü şərh etdi

10:54

"Mançester Yunayted" Reşfordla bağlı qərarını verdi

10:12

"Yuventus" braziliyalı oyunçunu hədəfə aldı

09:50

Şok iddia: Paris-2024 ləğv edilir - BOK bəyanat yaydı

09:05

Məşhur braziliyalı ulduz keşiş oldu - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X