Norveç "Mölde"sinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdiyi oyunun ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ölkə mətbuatı bu ada komandanın yarımmüdafiəçisi Stian Qregerseni layiq görüb.
Sıralamada 2-ci yeri komandanın qapıçısı Andreas Linde tutub. İlk "3-lüy"ü "Molde"nin digər yarımmüdafiəçisi Eyrik Hestad tamamlayıb.
Qeyd edək ki, penaltilər seriyasında daha dəqiq oynayan (6:5) Norveç təmsilçisi Çempionlar Liqasının növbəti raundunda Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək. "Qarabağ" isə yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.
Fanat.Az