Keçmiş basketbolçu, hazırda model olaraq fəaliyyət göstərən Valentina Viqnali gizlicə fotolarını çəkən gəmi kapitanını ifşa edib.
Fanat.Az xəbər verir ki, italiyalı idmançı bu barədə danışarkən bildirib ki, fotolarını şəxsin telefonunda görüb və cihazı dərhal dəniz atıb.
"Başqa bir qadının da başına gəlməsini istəmərəm. Sahilə çıxdıqdan sonra məsələyə aydınlıq gətirmək üçün həmin şəxslə danışdım. 50 yaşında gəmi kapitanı idi. Telefonuna çəkdiyi fotolarıma baxmaq istədim. "Özəl bir şey yoxdur" dedi, lakin sonradan telefonu mənə verdi. Hər şeyi öz gözlərimlə gördüm. Fotolarımı başqasına yollayaraq "bunlar sənin üçün bəsdi, yoxsa yenə göndərim?" mesajını yazmışdı. Qızlar belə şeylərdə diqqətli olmalı və susmamalıdır. Düzdür, mən modeləm və "Playboy" jurnalında fotolarım yayımlanır. Lakin onlar mənim seçdiyim fotolar olur. Daha gizlicə ayaqlarımın arası çəkilən fotolar olmur. Mənim səhvim kapitanın telefonunu dənizə atmaq oldu. Ona görə də bu gün əlimdə fakt yoxdur", deyə Viktoriya başına gələnləri nəql edib.