Bu mövsüm "Real"dan "Everton"a keçən Xames Rodrigesin keçmiş həyat yoldaşı Daniela Ospina ayrılıqla bağlı uzunmüddətli susqunluğunu pozub.
Fanat.Az xəbər verir ki, kolumbiyalı futbolçu ilə 6 il evli olan keçmiş voleybolçu ərinin ona xəyanət etdiyini öyrəndikdən sonra boşanmaq qərarına gəlmişdi.
Daniela xəyanətə uğrasa da, qızlarına görə keçmiş əri ilə münasibətlərinin normal olduğunu bildirib: "Birlikdə davam edə bilməyəcəyimizi anladığımız anda qızımızı, ona olan sevgimizi və bir-birimizə olan hörmətimizi ön planda tutduq. Xames gözəl insandı, qızımın atasıdı. Həyata keçirmək istədiyim çox arzular var idi, amma... Onunla münasibətlərimiz mükəmməldi".
"Dalaşa-dalaşa evliliyi davam etdirməkdənsə, bitirmək qərarına gəldik. Bir şey işə yaramayanda bunun səbəbi bəlkə də bir çox şeydə uğursuzluq yaşamaqdı. Sevdiyim, hörmət etdiyim və dəyər verdiyim o insanla anidən dava etməyə başlayıb, problemlər yaratmaqdansa, gözəl bir finalı seçən insanam" deyə Ospina bildirib.
Qeyd edək ki, Daniela Ospina "Napoli"də çıxış edən David Ospinanın bacısıdı.
Fanat.Az