Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) prezident seçkiləri təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın İcraiyyə Komitəsi qərar qəbul edib.
Buna koronavirus pandemiyası səbəb olub. Beləliklə, 2021-ci ilin yanvarında keçirilməli olan Seçki Konqresi marta qədər təxirə salınıb.
Qeyd edək ki, hazırda İWF-in prezidenti vəzifəsini Ursula Palandrea icra edir. O, aprelin 15-də istefası qəbul olunan Tomaş Ayanı əvəzləyib.
Fanat.Az