12:48 29.09.2020 2273

"Yaşından asılı olmayaraq silaha sarılıb torpaqlarımızı azad etməyə hazırıq" - Tahir Süleymanov

"30 ildir azğınlaşmış düşmənin Azərbaycana, xalqımıza  yönələn təxribatlarına, düşmənçilik mövqeyinə qarşı səbr tükəndi. Azərbaycanın sülhməramlı addımları, diplomatik yolla həll olunması cəhdlərinə istər düşmən tərəfindən, istərsə də düşməni müdafiə edən dövlətlər tərəfindən imkan verilmədi. Və nəhayət ki, güclü ordumuz xalqımızla, dövlətimizlə birliyin nəticəsi olaraq son günlər ermənilərin növbəti təxribatına qarşı əks həmlələrlər edərək müqəddəs torpaqlarımızın azad olunması yolunda önəmli zəfərlər qazanır. İnanıram ki, yaxın günlərdə müqədddəs bayrağımız Xankəndində dalğalanacaq". 

Bu sözləri Fanat.Az-a "Neftçi Peşəkar Futbol" klubunun sabiq vitse-prezidenti, futbol ictimaiyyətinin tanınmış simalarından olan Tahir Süleymanov son günlər ordumuzun Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı döyüşləri, qazanılan zərəfləri şərh edərkən deyib. 
 

  
O, sözlərinə belə davam edib: "Nə qədər futbol siyasətdən uzaq olsa da, biz görürük ki, düşmən tərəfindən yenə də Mxitaryanlar dəsmallarını götürüb dünya ictimaiyyətində, Avropada ağlaşma ilə məşğuldular və öz çirkin mövqelərini bir daha ortalığa qoyurlar. 

Azərbaycan futbolunun nümayəndələri olan milli qəhramanlarımız Allahverdi Bağırov, Yuri Kovalyov, Albert Aqarunov kimi canlarından keçən qeyrətli oğullarımız bütün futbol ictimaiyyətinə bir nümunədilər. Və bu gün yaşından asılı olmayaraq hər birimiz ordumuzun yanındayıq, silaha sarılıb torpaqlarımızı azad etməyə hazırıq. İnanıram ki, döyüş meydanlarında zəfərlərimiz davam edəcək, yaxın vaxtlarda Füzulinin "Ərgünəş", Cəbrayılın "Xudafərin" komandaları yenidən yaşıl meydanlara çıxacaq və Ağdamda "Qarabağ"ımız avrokuboklarda rəqiblərini vaxtilə meydanlara çıxdığımız müqəddəs "İmarət" stadionunda qəbul edəcək. 
 


Xalqımızın, ordumuzun, dövlətimizin birliyinə bütün futbol ictimaiyyəti olaraq dəstəyik. Təəssüflər olsun ki, bu günlərdə erməni xisləti hər zaman olduğu kimi özünü göstərir, döyüş meydanlarından uzaq mülki əhaliyə qarşı təxribatları nəticəsində dünyasını dəyişənlərin arasında yeniyetmə futbolçumuz da var. Onların qisası yerdə qalmayacaq. Hər birimiz hər an ordumuzun, xalqımızın, dövlətimizin yanındayıq. Bir daha vurğulayıram ki, yaşından asılı olmayaraq ön cəbhədə əsgərlərimizlə bir yerdə şanlı zəfərlərimizi qazanmağa hazırıq. İnanırıq ki, bu zəfərlərin davamı gələcək, bir-bir kəndlərimiz, rayonlarımız azad olunacaq və şanlı bayrağımız Xankəndində, Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə Cəbrayılda, Zəngiləndə və bütün Qarabağda dalğalanacaq". 
 
Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.
 
Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X