"Barcelona” və "Yuventus” Çempionlar Liqasının eyni qrupundadır. Bu oyunlarda Lionel Messinin yenidən Kriştianu Ronaldu ilə qarşılaşacağını görmək əla olacaq”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Barselona"nın keçmiş hücumçusu Rivaldo "Barselona” və "Yuventus”un Çempionlar Liqasının eyni qrupuna düşməsindən və iki ulduz futbolçunun bir-birinə qarşı yenidən oynayacağından danışarkən deyib.
"Bütün dünya onların oyunlarını izləmək istədiyi üçün bu, rəqabəti yeniləyəcək. "Dinamo" (Kiyev) və "Ferentşvaros” qrupda son yerləri tutarsa, "Yuventus” və "Barselona” asanlıqla pley-offa çıxacaq və turniri qazanmaq üçün mübarizə aparacaqlar. Bəzi insanlar Ronaldunun İspaniyanı tərk etməsindən sonra Messinin performans səviyyəsini bir az aşağı saldığını söyləyirlər, bu da hər iki futbolçu üçün yenidən üz-üzə gələndə əllərindən gələni əsirgəməmək üçün əla bir şansdır. Onların arasında həmişə oyunçuları motivasiya edən maraqlı bir duel olub, bu səbəbdən bu müsbət rəqabət heç olmasa 180 dəqiqə davam etsə, əla olacaq”, - Rivaldo "Betfair”dəki köşəsində yazıb.
Xatırladaq ki, "Yuventus” və "Barelonaa” arasında ilk oyun 28 oktyabrda Turində keçiriləcək. Komandalar dekabrın 8-dı "Nou Kamp" stadionunda cavab matçına çıxacaq. Messi və Ronaldu 2011-ci ildən sonra ilk dəfə Çempionlar Liqasında üz-üzə gələcək.