UEFA Millətlər Liqasının IV turunun Azərbaycan - Kipr oyunu Bakıda keçirilməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Kipr Futbol Assosiasiyası məlmat yayıb. Bildirilib ki, qarşılaşma Albaniyada təşkil olunacaq. Elbasan şəhər stadionunda gerçəkləşəcək.
Oktyabrın 13-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, dəyişikliyə səbəb Azərbaycanda hərbi vəziyyət və komendant saatı olub. Oyun əvvəlcədən Bakı Olimpiya Stadionuna təyin edilmişdi.