Son klubu "Trabzonspor" olan tanınmış ingilis hücumçu - 31 yaşlı Deniel Starric karyerasını bərpa etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "Liverpul"un və İngiltərə millisinin sabiq oyunçusu bu barədə "Instagram" hesabında yazıb:
"Hələ də hazıram və hədəfə köklənmişəm. Qayıdış yaxındadır".
Karyerasının başlanğıcında "Mançester Siti", "Çelsi" və "Bolton"un uğurları üçün tər tökən Starric 2013-cü ildə "Liverpul"a üz tutmuşdu. 6 il "qırmızılar"ın şərəfini qoruyan və bu komandada məşhurlaşan futbolçu 2017/18 mövsümünün ikinci yarısını "Vest Bromviç Albion"da keçirəndən sonra azad agent qismində "Trabzonspor"la müqavilə bağlamışdı. Yarım ildən sonra Denielin mərc oyunlarıyla bağlı qaydaları pozduğu üçün 2020-ci ilin iyununa qədər futboldan uzaqlaşdırıldığı üzə çıxmışdı.
Fanat.Az