Azərbaycan milli komandası UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turu çərçivəsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komandamız Kipr millisi ilə qarşılaşıb. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edib.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb və görüş 0:0 hesabı ilə yekunlaşıb. 26-cı dəqiqədə rəqibin qapısına penalti təyin olunsa da, Qara Qarayevin zərbəsini qapıçı dəf edib.
Qrupda keçirdiyi 4 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə məğlub olan millimiz 3 xalla 4-cü pillədə qərarlaşıb. Kiprlilərin isə ilk xalı qazanıblar.
Qeyd edək ki, qrupun digər oyununda lider Monteneqro Lüksemburqu qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Millətlər Liqası
IV tur
13 oktyabr
Azərbaycan - Kipr 0:0
İstifadə olunmayan penalti: Qara Qarayev, 26.
Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı (15. Namik Ələsgərov, 57), 4. Bəhlul Mustafazadə (21. Amin Seydiyev, 72), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov (17. Rəhman Hacıyev, 71), 11. Ramil Şeydayev (9. Əli Qurbani, 81), 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli (8. Coşqun Diniyev, 57).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 5. Şəhriyar Əliyev, 7. Araz Abdullayev, 16. Elvin Camalov, 19. Təmkin Xəlilzadə, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Canni de Byazi.
Kipr: 1. Dimitris Dimitriou, 2. Andreas Karo, 3. Xristos Uiler, 7. Minas Antoniu, 8. Xaralambos Kiriaku (11. Panagiotis Zakariu, 46), 9. Dmitris Kristofi (k) (17. Loizos Loizu, 69), 10. Pieros Sotiriu (23. İoannıs Pittas, 19), 18. Kostakis Artimatas, 19. Konstantinos Laifis, 20. Qriqoris Kastanos, 21. Marinos Tzionis (13. İoannis Kusulos, 81).
Ehtiyat oyunçular: 12. Xaralambos Kiriakidis, 22. Neofitos Mixael, 4. Tomas İoannu, 5. Fanos Katelaris, 6. Kristos Sielis, 14. Andronikos Kakoullis, 15. Aleks Qoqiç, 16. Mixalis Ioannou.
Baş məşqçi: Yohan Valem.
Sarı vərəqələr: Anton Krivotsyuk, 6 - Andreas Karo, 26. Xaralambos Kiriaku, 37. Loizos Loizu, 81. Konstantinos Laifis, 90+4. Kostakis Artimatas, 90+4.
Hakimlər: Fran Yoviç, İviça Modriç, Hrvoje Radiç, Mario Zebeç (Xorvatiya).
Hakim-inspektor: Karel Vidlak (Çexiya).
UEFA nümayəndəsi: David Mkdovell Zor (Sloveniya).
Albaniya, Elbasan şəhər stadionu.
1 |
Monteneqro |
3 |
3 |
0 |
0 |
5:0 |
9 |
2 |
Lüksemburq |
3 |
2 |
0 |
1 |
4:2 |
6 |
3 |
Azərbaycan |
4 |
1 |
1 |
2 |
2:4 |
4 |
4 |
Kipr |
4 |
0 |
1 |
3 |
0:5 |
1 |