Liqa 2-də "Valansyen" və "Soşo" arasında baş tutan çempionat oyunu (0:0) qalmaqala səhnə olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra "Valansyen"in qapıçısı Jerom Priora rəqibin yarımmüdafiəçisi Useyn Tiunun onun üzünü dişlədiyini bildirib.
Qolkiper hakimə yaxınlaşaraq üzündəki dişlək izini göstərib. Fakt sübuta yetiriləcəyi halda, Tiun uzunmüddətli diskvalifikasiyadan canını qurtara bilməyəcək.
Xatırladaq ki, 2013-cü ilin aprelində İngiltərə Premyer Liqasının oyununda Luis Suares Branislav İvanoviçi dişləmiş və 10 ay müddətinə futboldan uzaqlaşdırılmışdı. Bu, Suaresin ilk belə hərəkəti deyildi. Daha öncə uruqvaylı forvard 2010-cu ilin payızında "Ayaks"ın formasıyla PSV-nin yarımmüdafiəçisi Otman Bakkala da eyni aqibəti yaşatmışdı.
Fanat.Az