"Başakşəhər”in yarımmüdafiəçisi Mehmet Topal daha bir ilkə imza atıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı oyunçu Çempionlar Liqasında 3 onillikdə (2000, 2010 və 2020) meydana çıxan ilk türk futbolçu kimi tarixə düşüb. Türkiyə millisinin sabiq üzvü bunu ötən gecə Almaniyanın "Leyptsiq” klubu ilə səfər oyununda (0:2) meydana çıxmaqla rəsmiləşdirib.
Qeyd edək ki, Topal "Başakşəhər"lə Super Liqada son mövsümün qalibi olmaqla da ilkə imza atmışdı. O, "Qalatasaray” və "Fənərbaxça”dakı çempionluqlarından sonra "Başakşəhər”lə də bu sevinci yaşamaqla 3 fərqli klubla Türkiyə çempionu olan ilk futbolçuya çevrilmişdi. 34 yaşlı futbolçu karyerası ərzində ardıcıl olaraq "Dardanelspor" (2004-2006), "Qalatasaray" (2006-2010), "Valensiya" (2010-2012), "Fənərbağça" (2012-2019) və "Başakşəhər (2019-...) çıxış edib.