"Barselona"nın kapitanı Lionel Messi "Yuventus"un forvardı Kriştianu Ronaldudan danışıb.
Fanat.Az DAZN-a istinadən xəbər verir ki, argentinalı ulduz koronavirusa yoluxmuş portuqaliyalı həmkarı haqda bunları deyib:
"Ronaldu ilə rəqabət xüsusidi. Uzun müddət davam edən rəqabətin müəyyən səviyyədən düşməməsi sıradan hal deyil. Məncə, bizim duelimiz insanların xoşuna gəlir. Onlara daha çox emosiya bəxş edəcəyimizə inanıram. "Real" - "Barselona" oyunları həmişə özəl duyğulara meydan verib. Amma Kriştianu Madrid klubunda oynayanda əzəli rəqiblərin görüşləri daha baxımlı alınırdı. Bu, artıq dünəndə qalıb. İndi Kriştianunun yeni komandası var. Ümid edirəm ki, Çempionlar Liqasının ikinci turuna qədər koronavirusdan sağalacaq və meydanda olacaq".
Fanat.Az