Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Namizədlər arasında "Qarabağ”la I qrupunda yer alan "Vilyarreal”ın futbolçusu Takfuso Kubo da var. O, "Sivasspor”la qarşılaşmada 1 qol və 2 qol ötürməsi edib. Digər namizədlər isə Yusuf Yazıçı ("Lill"), Darvin Nunes ("Benfika) və "Lester”dən Keleçi İhinaçodur.
Qeyd edək ki, azarkeşlər UEFA-nın saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.
Fanat.Az