Türkiyə Super Liqasında IV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Qalatasaray" bu turda "Erzurum BB"nin qonağı olub və 2:1 hesablı qələbə qazanıb.
Oyunda hesabı 20-ci dəqiqədə qonaqlardan Emre Kılıc açıb. O, Radamel Falkaonun ötürməsini qola çevirib. 45-ci dəqiqədə Arvidas Novikovas penaltidən bərabərliyi təmin edib. 64-cü dəqiqədə Rayan Babelin ötürməsini qola çevirən Falkao "Qalatasaray"a qələbə qazandırıb. Kolumbiyalı ulduz 73-cü dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Qalatasaray" 6 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşıb və lider "Alanyaspor"dan 3, "Fənərbaxça"dan 1 xal geri qalır. "Erzurum BB" isə 7 xalla 8-ci yeri turur.