Avropa Liqasının qrup oyunlarının I2-ci turunda "Qarabağ"la üz-üzə gələcək "Vilyarreal"ın zədəli futbolçularının son durumu bəlli olub.
Fanat.Az "futbolfantasy.com" saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisinin 2 oyunçusu - Alberto Moreno və Dani Parexonun Ağdam klubu ilə matçı buraxacağı dəqiqdir. Həmçinin Pervis Estupinyan böyük ehtimalla meydana çıxa bilməyəcək.
Əvəzində Jerar Moreno və koronavirusdan sağalmış Sofian Çakla sıraya qayıdıb. Dizində zədəsi olan Funes Morinin isə oyuna kimi hazır olub-olmayacağı sual altındadır.
"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.
Fanat.Az